Vilyam Roşa Batista “Bakı” və “Xarkov” klublarını müqayisə etdi
01.12.2009 - 14:40
“Azərbaycandakı karyeramla bağlı yaxşı xatirələrim qalıb. “Bakı” klubunda hər şey heç də pis deyildi. Deyərdim ki, “Xarkov”dan qat-qat yaxşı idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun sabiq hücumçusu Vilyam Roşa Batista deyib.
29 yaşlı braziliyalı futbolçu paytaxtın eyniadlı təmsilçisinin ötən qış 6 aylığa icarəyə götürüldüyü “Xarkov” klubundan üstün tutur. Ötən mövsümün II dövrəsində “Bakı”nın heyətində inamlı çıxışı, vurduğu vacib qollarla yadda qalan Batista komandanın Azərbaycan çempionu olmasında böyük rol oynadı. Ancaq yayda Çempionlar Liqası oyunlarından sonra ölkəmizi tərk edən Vilyam Ukraynaya qayıtdı. Avqustun 8-də ən yaxşı illərini keçirdiyi Lvovun “Karpatı” klubuna dönməyə qərar verən braziliyalı başlanğıcda qolları sıralasa da, payızda fərqlənə bilmədi: “Əslində, niyə belə olduğunu bilmirəm. Yəqin ki, daha çox çalışmaq lazımdır. Bəlkə meydanda az vaxt keçirirəm, yaxud, bəxtim gətirmir... Fikrimcə, bu qara zolaq tezliklə keçəcək. Hər bir hücumçuya qol vurmaq vacibdir. Ancaq vaxt keçdikcə başa düşürəm ki, qol vurmağındansa, komandanın qələbə qazanması daha yaxşıdır”.
“Bakı”da ümumilikdə 6 dəfə rəqib qapısına yol tapan Batista vurduğu qolları saymır və bunu statistiklərin məşğuliyyəti hesab edir. Ölkə çempionunu az oynadığına görə tərk edən Vilyam əsas heyətdə yer alan həmyerlisi Feliks Felipe Almeydanın kölgəsində qalmaq istəmədi: “Bakı”da ölkə çempionu olduq, Çempionlar Liqasında mübarizə apardıq, üçüncü təsnifat mərhələsinə çıxdıq, ancaq sonda mübarizədən kənarda qaldıq. Çempionlar Liqası kimi nüfuzlu turnirin təsnifat mərhələsində qol vura bildim. “Bakı”dan qalan yaxşı xatirələrim çoxdur. Orada yaxşı futbolçular var. İndiyə kimi onlarla hərdən telefonla danışıram”.

0
0