Ramiz Məmmədov böyük dərdini açıqladı
01.12.2009 - 15:15
“Hesabat turunda “Simurq”la səfər oyununda texniki zonadan uzaqlaşdırılmağım mənə qarşı haqsızlıq idi. Həmin epizodda hakimlər arasında anlaşılmazlıq olmuşdu və mən də buna sadəcə etirazımı bildirdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
Unibank Premyer Liqasının XII turunda Zaqatalada yerli “Simurq”la görüşün 87-ci dəqiqəsində texniki zonadan kənarlaşdırılan 41 yaşlı çalışdırıcısının hərəkətinə AFFA-nın İntizam Komitəsinin bu keçirilən iclasında baxılıb. Qərara əsasən, Məmmədov bir oyunluq texniki zonadan kənarlaşdırılıb, klub 2000 manat cərimələnib. Cəzaya səbəb kimi Məmmədovun aqressiv hərəkət etməsi göstərilib ki, məşqçi bununla razılaşmır: “Mən həmin vaxt aqressiv hərəkət etməmişəm. Aqressiv davranış edəndə bunun axırı davaya çevrilir. Heç nalayiq ifadə də işlətməmişəm. Sadəcə, matçın sonunda mübahisəli epizod yarandı. Yan xətt hakimi Ramiz Əsədov əleyhimizə, baş hakim Elçin Məmmədov isə lehimizə qərar çıxardı. Təbii ki, sonda baş hakimin dediyi oldu. Ancaq Əsədov təkidlə əks tərəfə işarə edirdi. Hərçənd, həmin epizodda qayda pozuntusuna yol verən rəqib futbolçuya sarı vərəqə də göstərmək olardı. Belə anlaşılmazlıq olanda emosiyaları cilovlamaq olmur. Üstəlik, sənə qarşı haqsızlıq olsun. Bu, mənə görə böyük dərddir. Mən heç vaxt hakimlərdən şikayət etməmişəm. Başa düşürəm ki, hamı insandır, səhv edə bilər. İdeal insan yoxdur. Sadəcə, haqsızlıq olanda bundan narazı qalıram”.
AFFA-nın çıxardığı qərar Məmmədovu Premyer Liqanın növbəti turunda “Qarabağ”la vacib oyunda çətin vəziyyətə qoyub. Hər halda, hazırda şərikli liderlərdən olan Ağdam təmsilçisi qəbələlilərin “altılığ”a düşmək uğrunda əsas rəqiblərdəndir. Məmmədov texniki zonadan kənarda qalacağı görüşdə köməkçilərinə, futbolçularına güvənir: “Komandamızda məşqçilər Vidadi Rzayev, Mehman Baxışov, Cavanşir Novruzov var. Elə özüm də hazırlıqda iştirak edəcəyəm, komandanın yanındayam. Fikrimcə, futbolçular imkan verməzlər ki, yerimiz boş qalsın”.

0
0