Ən çox siqaret çəkən futbolçu və məşqçilər
01.12.2009 - 15:23
İtaliyanın “La Gazzetta dello Sport” nəşri dünyada ən çox siqaret çəkən məşqçilər və futbolçulardan ibarət 11 nəfərlik heyəti müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, siyahıda hazırda karyerasının pik nöqtəsində olan futbolçular da var. İddia edilir ki, məşhur ingilis yarımmüdafiəçi Devid Bekhem Kuba papirosu çəkərək, stress atır. Bir vaxtlar ən çox siqaret çəkən məşqçi isə çexiyalı Zdenek Zeman olub. O, oyun ərzində 1 qutu siqaret çəkərmiş.
Hazırda siqaret çəkənlərin “11-liy”i belədir: Dino Zoff (İtaliya) - Sebastyano Nela (İtaliya), Sinişa Mihayloviç (Serbiya), Cek Çarlton (İngiltərə) - Pol Qaskoyn (İngiltərə), Frank Raykard (Hollandiya), Karlo Ançelotti (İtaliya), Devid Bekhem (İngiltərə), Zinəddin Zidan (Fransa) - Peter Dalla Riva (İtaliya), Ueyn Runi (İngiltərə)

0
0