“Dördlər finalı” Bakıda keçirilməyəcək
01.12.2009 - 17:08
Futzal üzrə UEFA Kubokunun “Dördlər finalı” Bakıda keçirilməyəcək. AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yarışın paytaxtımızda təşkili üçün cəhd göstərilməyəcək. Assosiasiya rəsmisi Bakının namizədliyinin hansı səbəblərdən irəli sürülməməsinin də səbəblərini açıqlayıb.
“Bizdə “Dördlər finalı”nı keçirmək üçün standartlara uyğun gələn yeganə arena Heydər Əliyev adına İdman-Konsert Kompleksidir. Lakin gələn ilin aprelində burada güləş üzrə Avropa çempionatı və qılıncoynatma üzrə dünya çempionatı olacaq. Məhz yarışlarına sıx qrafikinə görə, “Dördlər finalı”nı Bakıda təşkil etmək fikrindən daşındıq. UEFA-ya müvafiq sənədləri göndərsəydik, onsuz da bu turniri paytaxtımızda keçirə bilməyəcəkdik” - deyə Məmmədov vurğulayıb.
Qeyd edək ki, “Dördlər finalı”nın təşkilatçılıq hüququnu qazanmaq istəyənlər dekabrın 2-dək namizədliklərini verə bilərlər. Bu mötəbər yarışda Naxçıvanın “Araz” klubu ilə yanaşı, “Luparense” (İtaliya), “İntervyu” (İspaniya) və “Benfika” (Portuqaliya) mübarizə aparacaq. “Dördlər finalı” 2010-cu il aprelin 23-dən 25-dək İtaliya, İspaniya və ya Portuqaliyada baş tutacaq.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0