“Feliksin hərəkəti peşəkar futbolçuya xas deyil”
01.12.2009 - 17:55
Braziliyalı futbolçu Feliks Felipe Almeyda “Bakı” klubunu çətin vəziyyətdə qoyub. Apasport.az saytının məlumatına görə, yayda böyük ümidlərlə transfer edilən 24 yaşlı hücumçu avrokuboklarda yaxşı oynamasına, 5 oyunda 4 qol vurmasına baxmayaraq, daxili yarışlarda zəif təsir bağışlayır. Təsadüfi deyil ki, Unibank Premyer Liqasının cari mövsümündə hələ də qol hesabını aça bilməyən Feliks yalnız ölkə kubokunda “Bakılı” ilə görüşdə (6:0) dubl edib. Nəticədə əsas heyətdə yerini itirən Felipe daha çox ehtiyat oyunçular skamyasında vaxt keçirir. Bu azmış kimi, braziliyalı sonradan meydana çıxdığı matçlarda da, komandasına kömək etmək əvəzinə, onu çətin vəziyyətdə qoyur. Belə ki, son turda “Xəzər-Lənkəran”la ev oyunun 58-ci dəqiqəsində nigeriyalı Əhməd Ticaninin yerinə meydana daxil olan Feliks görüşdən sonra birbaşa qırmızı vərəqə alıb. AFFA-nın İntizam Komitəsi bu gün keçirdiyi iclasda braziliyalı hücumçunu təhqiredici hərəkətlərə görə, 2 oyun cəzalandırıb, 2000 manat cərimələyib.
“Bakı”nın baş məşqçisi Bülənt Korkmaz apasport.az saytına açıqlamasında Felipenin hərəkətinə haqq qazandırmağını bildirib: “Feliksin hərəkəti peşəkar futbolçuya xas deyil. Bu, həm klub, həm də komanda adına yanlışdır. Digər braziliyalı hücumçumuz Jaba da çılğın olsa da, komandanın uğuru üçün meydanda əlindən gələni etməyə çalışır. Onun özəlliyi daha fərqli futbolçu olması, ayrı cür oyun göstərməsidir”.
Türkiyəli mütəxəssis vurğulayıb ki, “Xəzər-Lənkəran”la oyunda böyük hesablı məğlubiyyətə (0:3) görə, futbolçulara hər hansı cəzanın verilməsi, cərimə kəsilməsi, yaxud kiminsə əvəzedici komandaya göndərilməsi nəzərdə tutulmayıb: “Bütün futbolçularımızla yolumuzu davam etdiririk. Cəza olarsa, bunu sizə deməyim doğru olmazdı. Yəni, bununla bağlı klub rəhbərliyi ilə danışmağınız gərəkdir”.
Qeyd edək ki, müqavilə ilə Nalçikin “Spartak” klubuna məxsus olan Feliks ilin sona çatmasını gözləyir və keçmiş komandasına qayıtmağı qətiləşdirib. Elə “Bakı” rəsmiləri də 6 aylığa icarəyə götürdükləri braziliyalı ilə anlaşmanı uzatmaqda maraqlı deyillər.

0
0