Bülənt Korkmaz: 10:0 hesabı ilə udmalı olduğum görüşün sonunda... - MÜSAHİBƏ
02.12.2009 - 00:03
“Bakı” klubunun türkiyəli baş məşqçisi Bülənt Korkmazın apasport.az saytına müsahibəsi
- “Xəzər-Lənkəran”a evdə böyük hesabla məğlub olduğunuz oyundan sonra komandada vəziyyət necədir?
- Vəziyyət qaydasına düşür. Məni sevindirən odur ki, komandamız meydanda mübarizə aparır, rəqib qapısı qarşısında təhlükəli, real qol vəziyyətləri yaradırıq. Amma çatışmazlıq odur ki, qol vəziyyətlərini dəyərləndirə bilmirik. Bunu aradan qaldıranda problem qalmayacaq. Biz son beş oyunda bütün rəqiblərdən üstün oynadıq.
- Futbolçularınız üçün qol imkanlarından istifadə etmək, yəni son nöqtəni qoymaq üçün son maneə nədir?
- Futbolda belə şeylər olur. Bəzən auta gedən top qol olur. Təbii ki, futbolda bəxtsizlik, kuryoz vəziyyətlər də olur. Buna görə bir az da çox çalışıb, futbolçularla söhbət edib, bunu da düzəldəcəyik.
- Futbolçuların “Xəzər-Lənkəran”a məğlubiyyətdən sonra psixoloji durumunu qaydasına düşürmü?
- Həmin məğlubiyyətdən sonra üzüntü vardı. Bunsuz olarmı? Hər kəs çox üzüldü. Hər halda, “Xəzər-Lənkəran”ı yensəydik, böyük üstünlük əldə edəcəkdik. Ancaq bu oyun artıq arxada qaldı, növbəti oyunları düşünmək lazımdır. Bu gündən etibarən belə edirik.
- Son oyunda xorvatiyalı qapıçınız Marko Şarliya da çox uğursuz çıxış etdi, kobud səhvləri ilə yadda qaldı. Elə siz də ondan narazı qaldınız...
- Məndən belə şeylər soruşanda deyirəm ki, komanda qazanır, komanda uduzur. Heç vaxt futbolçularımı mətbuatda müzakirəyə çıxarmıram. Qapıçı qol buraxırsa, hücumçular qol vurmalıdır. Yəni, futbol kollektiv oyundur.
- Yəni, günahı yalnız qapıçıda görmürsünüz?
- Bu çox böyük xətadır. Yenə deyirəm ki, nəticəni əldə edən də, bunu əldən verən də komandadır.
- Növbəti oyunlar üçün qapıda dəyişiklik etməyi düşünürsünüzmü?
- Bununla bağlı heç bir söyləyə bilmərəm.
- Vaxtilə “Bakı”nın qapıçısı olan, ancaq sizin vaxtınızda ehtiyatda qalan seneqallı Xalidu Sissoko haqda nə fikirdəsiniz?
- Peşəkar qapıçıdır. Marko haqda da bunu deyə bilərəm. Hər ikisi bir-biri ilə çox yaxşı anlaşır. “Bakı”nın əsas üstünlüklərindən biri də qapıçıların ikisinin də yaxşı olmasıdır. Komandada heyətə düşmək uğrunda böyük rəqabət var ki, bu da hər zaman məni ruhlandırır.
- Türkiyədə 0:3 hesabı ilə uduzduğunuz oyun xatırlayırsınızmı?
- Xeyr, vətənimdə belə oyun olmamışdı. Ancaq son iki qolu uzatma dəqiqələrində buraxdığımızı nəzərə alsaq, belə nəticə normaldır. Bərabərliyi qazanmağımız üçün risk etdik, bütün futbolçularla hücuma atıldıq. Nəticədə əks-hücumlarda iki qol buraxdıq. “Kayseri Ərciyyəspor”da işlədiyim zaman 10:0 hesabı ilə udmalı olduğum “Çaykur Rizəspor”la görüşün sonunda 1:1 hesablı heç-heçə ilə kifayətləndik. İki penalti zərbəsini qaçırdıq, başqa nələr oldu... “Xəzər-Lənkəran”la oyunu da ona bənzədirəm. Düzdür, fərq var idi. Bu dəfə çox qol vəziyyətləri yaratmasaq da, yaxşı mübarizə apardıq. Hər oyun fərqli olur. Lənkərana getdiyimiz zaman özümüzü səfərdə hiss edirdik. Ancaq Bakıda rəqib belə anlar yaşamır. Deməli, tərəfdarlarımızın artması lazımdır. Bunun üçünsə Avropada uğur qazanmağımız lazımdır. 3-4 milyon əhalisi olan Bakıda oyuna 10-15 min azarkeşin gəlməsi lazımdır.
- “Xəzər-Lənkəran”la oyundan sonra hakimlikdən narazı qaldınız. İndi də hesab edirsiniz ki, çimərlik hakimi böyük futbolda oyun idarə etməməlidir?
- Türkiyədə də çimərlik futbolu hakimi var, ancaq onlar köməkçi olurlar. Amma burdakı kimi, baş hakim idarəçilik etmir. “Xəzər-Lənkəran”la oyunda baş hakimin idarəçiliyini heç bəyənmədim. Bundan əvvəl “İnter” və “Neftçi”yə məğlub oldum, ancaq bu görüşlərdə hakimliklə bağlı bir şey demədim. Söhbət çimərlik hakiminin idarəçilik etdiyi meydançadan getmir. Narazılığımın bununla əlaqəsi yoxdur. Fikrimcə, hakim qərar çıxardığı vaxtda daha doğru davranmalı idi.
- Komanda öz meydanında böyük hesabla uduzursa, günahı hakimdə görmək düzgündürmü?
- Günahı hakimdə görmürəm ki... Dediyim kimi, “Xəzər-Lənkəran”dan öncə “İnter” və “Neftçi”yə uduzsam da, hakimi təqsirləndirməmişdim. Mən “Xəzər-Lənkəran”la oyunu qazansaydım belə, hakimlə bağlı şərh verəcəkdim. Hakimdən hesaba görə danışmıram. Sadəcə, onun oyunboyu çıxardığı qərarlar məni narazı saldı.
- Həmin hakim yenə sizin oyununa təyinat alarsa, buna reaksiyanız necə olacaq?
- Vallah, bu, AFFA-nın verəcəyi bir qərardır. Bununla bağlı bir şey deyə bilmərəm. Amma məndən olsa istəmərəm. Çünki biz bura Azərbaycan futbolunu inkişaf etdirmək üçün gəlmişik. Hər kəs Azərbaycan futbolunun tərəqqisi üçün öz töhfəsini verməlidir. Xətanı hamı edə bilər. Amma məncə, bu, xəta yox, bir az pis niyyət idi.
- Yəni, hakimin idarəçiliyində hər hansı qərəz var idi?
- Mən pis niyyətin olduğunu düşünürəm. Çünki hakim çox komik qərarlar verirdi. Verilməyən qayda pozuntularını verdi, verilən qayda pozuntularını vermədi. Bizim penaltini vermədi, rəqibə isə verdi. Hərçənd, bizim epizod onun önündə idi. Mən 70 metrdən gördüm, amma o görmədi.
- Siz konkret hansı epizodu nəzərdə tutursunuz?
- Həmin epizod heç televiziyada da göstərilmədi. Top “Xəzər-Lənkəran”ın futbolçusunun əlinə dəydi. Ancaq belə zənn etdi ki, bizim futbolçunun əlinə dəydi. Həmin epizodda dördüncü hakim də təəccübləndi. O da penaltinin olduğunu, baş hakimin buna qərar verəcəyini zənn edib. Yardımçı baş hakimə deyib ki, mən sənin penalti verdiyini düşündüm, həmin epizodda penalti vardı. Hakimin belə danışmasını komandamızdakılar eşidib. Amma baş hakim penalti olmadığını deyir. Yəni, həmin epizodda penalti olduğunu mən görürəm, köməkçi hakim görür, ancaq baş hakim yox. Deməli, pis niyyət var.
- Bəs sizin qapıya təyin edilən penaltiyə sonradan baxıb, qərarın düzgün olduğunuza əmin oldunuz?
- “Xəzər-Lənkəran”ın xeyrinə penalti var idi. Bu, doğru qərardır, müzakirə mövzusu deyil. Mən hər zaman düzünü deyən adamam.
- Komandanız nəticə qazanmasa da, cari mövsümdə ən yaxşı oyunlarını “Xəzər-Lənkəran”a qarşı keçirdi. Çoxları hesab edir ki, “Bakı” belə oynasa “altılığ”a düşəcək...
- Gəldiyim vaxtda demişəm ki, tezliklə hər şeyi düzəldə bilmərəm. Yalnız iki ay sonra komandamın oyunu qaydasına düşər. Yeni transferlərdən sonra isə komanda daha yaxşı çıxış edər. Bütün bunlarla gerçəyi söyləmişəm. “Xəzər-Lənkəran”la bir həftədə ardıcıl iki görüş bəlkə də cari mövsümdə ən səviyyəli oyunlardan biridir. Bu da Azərbaycan futbolunu inkişaf etdirir. Ancaq hər kəs gördü ki, dediklərimizin hamısı doğru çıxdı. Gerçəyi söylədikcə, bəziləri bunu yanlış anlayır. Avrokuboklarda uğurlu çıxış etmək istəyiriksə, səbr etmək, peşəkarlığı artırmaq lazımdır. Hələ ki ən böyük problem bazadır.
- Hansı futbolçularla yollarınızı ayıracağınızı artıq müəyyənləşdirməsiniz?
- Bu haqda danışmaq tezdir. İlin sonuna kimi qarşıda beş oyunumuz var. Bundan sonra bəlli olar.
- Bəs yeni transferlər bağlı iş nə yerdədir? Türkiyədə futbolçu axtarışınız davam edirmi?
- Türkiyədə axtarmasaq belə, oyunçu seyr edirik. Amma təbii ki, Azərbaycana futbolçunun gəlməsi çətindir. Çünki çox səviyyəli futbolçu buranı tanımadığı üçün razılıq verməyində çətinlik yaranır. Sözsüz ki, biz onlara Azərbaycanı tanıtmağa çalışacağıq. Bundan ötrü isə bir az zamana ehtiyac var.
- Azərbaycanlı futbolçulardan, milli komandamızın üzvlərindən gözaltı etdiyiniz varmı?
- Təbii ki, var. Ancaq klubları ilə müqavilələri olduğu üçün bir şey edə bilmirik.
- Adlarını bilmək olarmı?
- Lütfən, bunu söyləyə bilmərəm.

0
0