MOİK-in baş məşqçisinin nə qədər borcu var?
01.12.2009 - 18:08
Bakının “Neftçi” klubunun sabiq yarımmüdafiəçisi Svetoslav Stefanovun çıxış etdiyi Bolqarıstan MOİK-i ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının 5-ci turunda İngiltərədə “Fulhem”i qonağı olacaq Sofiya təmsilçisi Britaniyaya baş məşqçisiz yollanıb.
Buna MOİK-in məşhur çalışdırıcısı Lüboslav Penevin cəzalanması səbəb olub. Belə ki, Bolqarıstanın Ali Məhkəməsi mütəxəssisin ölkə xaricinə çıxmasına qadağa qoyub. İctimai İnvestisiya Bankından kredit götürən mütəxəssis 1,2 milyon avro borcunu ödəyənədək Bolqarıstandan kənara çıxa bilməyəcək.
Qeyd edək ki, 4 oyundan sonra hesabında cəmi 1 xal olan MOİK Avropa Liqasında mübarizəni davam etdirmək şanslarını itirib.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0