“Muğan” baş məşqçi Kemal Alispahiçi istefaya göndərdi
01.12.2009 - 21:02
Unibank Premyer Liqasında daha bir məşqçi istefası reallaşıb. Apasport.az saytının xəbərinə görə, Salyanın "Muğan" klubu bosniyalı çalışdırıcı Kemal Alispahiçi istefaya göndərib.
Son turlarda komandanın ardıcıl olaraq məğlub olmasına və baş məşqçiyə onun rəhbərliyi altında komandanın müsbət nəticələr əldə etməsi üçün kifayət qədər vaxt və şans verilməsinə baxmayaraq, Alispahiç etimadları doğrulda bilməyib. Onun yerinə yardımçı məşqçi Almir Hurtiç təyin olunub.
Bu, cari mövsümün 5-ci istefa olub. Bunda öncə Böyükağa Ağayevi “Neftçi”də Vaqif Sadıqov, Qyoko Hacıyevskini "Bakı"da Bülənt Korkmaz, Valdas İvanauskası "Standard"da Böyükağa Hacıyev, Əsgər Abdullayevi isə "Olimpik-Şüvəlan"da Nazim Süleymanov əvəzləmişdi.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0