Alispahiç istefası barədə apasport.az-a danışdı
02.12.2009 - 00:06
“Rəhbərliklə görüşümüz oldu və müqaviləni qarşılıqlı razılıqla pozduq”. Bunu apasport.az saytına açıqlamasında “Muğan” klubunun baş məşqçisi postundan uzaqlaşdırılan Kemal Alispahiç deyib.
Bosniyalı çalışdırıcı bildirib ki, postundan kənarlaşdırılmasına komandanın uğursuz çıxış etməsi səbəb olub: “Belə vəziyyətdə əsas problem baş məşqçidə olur. Dəyişiklik lazımdır ki, komanda yaxşılığa doğru getsin. Düzdür, çempionatın startında bizim də işlər yaxşı gedirdi. Hətta bir müddət lider olduq. Ancaq sonradan heyətdə problem, futbolçularda zədə yarandı ki, bunlar da özünü göstərdi. Ehtiyat oyunçular skamyası qısa idi”.
Son oyunlardakı uğursuzluqlara gəlincə, Alispahiç bildirib ki, yalnız üç görüşdə yetirmələrindən razı qalmayıb: “İnter”ə böyük hesabla uduzduğumuz, habelə, “Qəbələ” və “Standard”a qarşı pis oynadıq. Bununla belə, kimdənsə narazılığım yoxdur. Rəhbərlikdən çox razıyam və biz xoşluqla ayrılırıq. Komanda üçün əla şərait yaradılmışdı, öz bazamız var idi. Ölkənizdə çalışdığım yarım il mənim üçün xoş xatirə kimi qalacaq. İstərdim qalıb işimi davam etdirim. Ancaq nə etmək olar? Biz məşqçilərin taleyi belədir. Hər halda, Azərbaycan yaddaşımda yaxşı ölkə kimi qalacaq”.

0
0