“İnter” - “Xəzər-Lənkəran” görüşünün başlanma vaxtı məlum oldu
02.12.2009 - 15:20
“İnter” - “Xəzər-Lənkəran” görüşünün başlanma vaxtı məlum oldu
Unibank Premyer Liqasında XIII turun 2 oyununun vaxtı dəyişdirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, dekabrın 6-da baş tutacaq görüşlərin yalnız biri əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:00-da başlayacaq.

Turun mərkəzi qarşılaşmaları isə nisbətən gec başlayacaq. “Qəbələ” və “Qarabağ” arasında oyun 15 dəqiqə gec başlayacaqsa, çempionatın lideri meydana bütün nəticələri bilərək çıxacaq. Belə ki, “İnter”in “Xəzər-Lənkəran”la matçı saat 18:00-a təyin olunub.

04 dekabr (cümə)

14:00. "Olimpik-Şüvəlan" - "Karvan"

"Şəfa" stadionu

05 dekabr (şənbə)

14:00. "Standard" - "Bakı"

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:00. “Turan" - "Neftçi"
Tovuz şəhər stadionu

06 dekabr (bazar)

14:00. "Muğan" - "Simurq"

Salyan Olimpiya kompleksinin stadionu

14:15. "Qəbələ" - "Qarabağ"
Qəbələ şəhər stadionu

18:00. "İnter" - "Xəzər Lənkəran"
"Şəfa" stadionu
0