“Qarabağ” böyük addımlarla irəliləyir
02.12.2009 - 15:27
“Qarabağ” böyük addımlarla irəliləyir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, artıq neçə vaxtdır birinci pillədə qərarlaşan “Mançester Yunayted” (İngiltərə) 317 xalla yenə zirvədə qərarlaşıb.

İkinci pilləyə qalxan “Çelsi”nin 299, bir addım geriləyən İspaniya “Barselona”sı 292 xala malikdir. Ən güclülər arasında Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”dır. Hesabında 76 xal olan ağdamlılar 249-252-ci yerləri bölüşürlər. Qurban Qurbanovun yetirmələri İspaniyanın "Sportinq", Braziliyanın "Santos" və Fransanın "Loryan" klubları da bu qədər xala malikdir.

Ötən ay 262-ci olan “Qarabağ” 13 pillə irəliləməklə, 1 ay əvvəl özündən qabaqda olan “Brondbü” (Danimarka), “Trabzonspor” (Türkiyə), “Neynegen” (Hollandiya), “Rasinq” (Santander, İspaniya) kimi klubları arxada qoyub.
0