“Şturm” - “Qalatasaray” görüşünün baş hakimi dəyişdirildi
02.12.2009 - 18:03
UEFA “Qalatasaray” klubunun Avroliqada oyununun baş hakimini dəyişdirib. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un qrup mərhələsində son turda Avstriyada yerli “Şturm”la görüşünə təyinat alan ukraynalı FİFA referisi Oleq Orexov sloveniyalı həmkarı Darko Seferinlə əvəzlənib.
Qitə futbol qurumu adı rüşvətxorluqda hallandığı üçün Orexovun lisenziyasını qeyri-müəyyən müddətə əlindən alıb. Maraqlısı odur ki, UEFA bununla bağlı rəsmi qərarını açıqlamır. Elə Ukraynanın Hakimlər Komitəsinin sədri, əslən Bakıdan olan Vadim Şevçenko da vəziyyətin anlaşılmaz olmasını ön plana çəkib: “İndiki vəziyyətdə UEFA-dan heç bir rəsmi sənəd almamışıq. Sabah, ertəsi gün necə olacağını isə bilmirəm. UEFA-nın danışılmış oyunlarla bağlı araşdırma aparması haqda oxumuşam. Ola bilsin ki, bu, onunla bağlıdır”.

0
0