FİFA Tyerri Anrini cəzalandıracaq
03.12.2009 - 10:30
FİFA 2010-cu il dünya çempionatının pley-off mərhələsi çərçivəsində Fransa - İrlandiya oyunu ilə bağlı araşdırmalara başlayıb. Apasport.az saytının məlumatına görə, araşdırma bu matçın əlavə vaxtında fransızların kapitanı Tyerri Anrinin topu əllə saxlayıb, komanda yoldaşı Vilyam Qallasa məhsuldar ötürmə verməsi ilə bağlıdır.
Məhz bu ötürmədən sonra hesab bərabərləşib (1:1) və meydan sahibləri final mərhələsinə vəsiqə qazanıblar. Ancaq isveçli baş hakim Martin Hansson həmin aşkar qayda pozuntusunu qeydə almayıb. Nəhayət, məsələyə rəsmi səviyyədə qarışan FİFA İntizam Komitəsinə göstəriş verib. Anrinin hərəkətini araşdırıldıqdan sonra onun cəzalandırılması mümkündür. Hərçənd, Fransa yığmasının 32 yaşlı kapitanı qarşılaşmanın ardından verdiyi açıqlamada əllə oynadığını etiraf edərək, məsuliyyəti hakimin boynuna yıxıb.
FİFA prezidenti Yozef Blatterin sözlərinə görə, Anri “Fair play” qaydalarına ziddi hərəkət edib və bunu bütün dünya görüb. Ancaq dünyanın ən ali futbol qurumunun başçısı ulduz hücumçuya hansı cəzanın veriləcəyini deməyib. Blatter eyni zamanda İrlandiya Futbol Assosiasiyasından (İFA) üzr istəyib. Bu qurumun rəhbərliyi milli komandanın dünya çempionatının final mərhələsinə 33-cü iştirakçı kimi buraxılmasını xahiş etmişdi. Özü də irlandlar bunu gizli etdiyi halda, Blatter məsələni ictimaiyyətin müzakirəsinə çıxarıb. Bu da İFA-nın hiddətinə səbəb olub. Hərəkətinə görə üzr istəyən Blatter İrlandiya tərəfini düzgün başa düşmədiyini bildirib.
Qeyd edək ki, FİFA İcraiyyə Komitəsinin iclasında Blatterin gələn ilin yayında keçiriləcək dünya çempionatı zamanı oyunlara əlavə hakimlərin cəlb olunması ilə bağlı təklifi qəbul edilməyib. FİFA prezidenti Fransa-İrlandiya görüşündən sonra baş verən insidentdən sonra bəyan edib ki, vacib görüşlərə genişlənmiş hakimlər briqadası istifadə etmək lazımdır. Yəni briqadaya ehtiyat hakimi nəzərə almasaq, 3 yox, 5 nəfər daxil edilməlidir.

0
0