Yılmaz Vuralı Azərbaycana hansı komanda çağırıb?
03.12.2009 - 10:52
Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Yılmaz Vural Azərbaycanda çalışmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis ölkəmizdə işləmək təklifi alsa da, buna müsbət cavab verməyib.
23 illik baş məşqçilik karyerası ərzində Türkiyənin az qala bütün ortabab klublarını çalışdıran Vural bunu ölkə xaricində işləmək istəməməsi ilə əlaqələndirib: “Küveytdən, İrandan, Azərbaycandan və Almaniyanın II Bundesliqasından təklif aldım. Hər bir türk məşqçi kimi, mənim də getmək istədiyim daha güclü çempionatlar var. Getsəm, hədəflədiyim yerlərə üz tutaram. Alınmırsa, elə Türkiyədə qalaram. Mən İran və ya Dubayda nə edərəm ki?”
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın sahibi Mübariz Mənsimovla yaxın münasibətləri olan Vural əvvəllər də ölkəmizdən təklif aldığını açıqlamışdı.

0
0