Milli komandamız ərəb klubu ilə qarşılaşacaq
03.12.2009 - 11:12
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası yoldaşlıq oyunu keçirəcək. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçirən Bernard Lippertin yetirmələri yerli “Əl-Ayn” klubu ilə qarşılaşacaq. Bu noyabrın 28-dən Dubayda olan yığmamızın hazırlıq çərçivəsində ilk sınağı olacaq. Dekabrın 5-də baş tutacaq görüş saat 17:30-da başlayacaq.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0