“Xəzər-Lənkəran” üçün birdən-birə iki yubiley!
04.12.2009 - 00:00
“Xəzər-Lənkəran” üçün birdən-birə iki yubiley!
Unibank Premyer Liqasının XIII turu “Xəzər-Lənkəran” üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi bazar günü lider “İnter”lə səfər oyununda birdən-birə iki yubileyi qeyd edəcək. Əvvəla, “Xəzər-Lənkəran” 5 illik tarixində 200-cü oyununa çıxacaq.

2004-cü ilin yayında yaradılan cənub komandası indiyədək Azərbaycan çempionatı, Azərbaycan kuboku, Çempionlar Liqası, Avropa Liqası (UEFA Kuboku) və “Birlik kuboku” turnirləri çərçivəsində ümumilikdə 199 oyun keçirib. Digər yubiley isə ondan ibarətdir ki, “Xəzər-Lənkəran”ın “Şəfa” stadionunda “İnter”lə görüşü ölkə çempionatında 150-ci oyunu olacaq.

Xatırladaq ki, “Xəzər-Lənkəran” tarixində bütün titullarını - ölkə çempionluğu (2007), ölkə kuboku (2007, 2008), “Birlik kuboku”nu (2008) hazırkı baş məşqçisi Ağasəlim Mircavadovun dövründə qazanıb. Lənkəranlılar ilk mükafatını – gümüş medalı isə debüt mövsümündə (2004/05) əldə edib ki, həmin vaxt baş məşqçi postunda türkiyəli Rasim Kara olub. Maraqlıdır ki, Kara 2005-ci ilin iyununda - çempionluq uğrunda Gəncədə keçirilən “qızl oyun”da (1:2) məhz Mircavadova uduzub.

“Xəzər-Lənkəran”ın bütün oyunları

Turnir

o

q

h

m

t

Çempionat

149

85

39

25

252-94

Ölkə kuboku

38

27

6

5

89-21

Çempionlar Liqası

2

0

1

1

2-4

UEFA kuboku/Avropa Liqası

4

0

0

4

3-10

Birlik kuboku

6

4

1

1

13-8

Cəmi

199

116

47

36

359-137


Qeyd: 2004/05 mövsümündə keçirilən “Şəfa”yla ölkə çempionatının oyununun (texniki qələbə - 3:0) və “Neftçi”ylə “Qızıl oyun”un nəticələri də ümumi balansda nəzərə alınıb. 2005/06 mövsümündə “MKT-Araz”la ölkə kubokunun 1/4 final qarşılaşmalarının nəticələri (0:0, 1:1) isə sonradan ləğv olunduğu üçün nəzərə alınmayıb.

“Xəzər-Lənkəran”ın bütün yubiley oyunları

Oyun

Tarix

Rəqib

hesab

1

07.08.2004

Turan (səfər)

1:1

50

17.09.2005

Şahdağ (ev)

1:2

100

08.04.2007

Karvan (e)

3:1

150

11.05.2008

Neftçi (s)

1:0

200

06.12.2009

İnter (s)

-