“Pünik”in “Birlik Kuboku” turnirinə buraxılmaması bizim zəhmətimizdir”
03.12.2009 - 18:57
“Ermənistanın “Pünik” komandasının ardıcıl 3 il MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kubokuna qatıla bilməməsi Rövnəq Abdullayevin və mənim zəhmətimdir”. Bu sözləri Lent.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Musayev bildirib ki, 2006-cı ilin yanvarında Rusiyanın paytaxtı Moskvada keçirilən “Birlik kuboku”nun yarımfinalında “Pünik” məhz “Neftçi” ilə oynamaqdan qorxduğu üçün sonrakı 3 turnirə buraxılmayıb: “Onlar bizimlə oynamaqdan imtina etməyiblər, qaçıblar. Gecə saat 5-də necə qaçdıqlarını da videolentə aldırmışam”.
Qeyd edək ki, 2005-ci ilin yanvarında keçirilən “Birlik kuboku”nun 1/4 finalında “Neftçi” “Pünik”i 2:0 hesabı ilə məğlub edib. Sonrakı il eyni turnirin yarımfinalında iki komanda yenidən üz-üzə gəlməli olsalar da, “Pünik” təhlükəsizliklərinin təmin olunmadığını səbəb göstərərək, “Neftçi” ilə oyun öncəsi Moskvanı tərk edib. Təşkilatçılar “Pünik”i bir daha “Birlik kuboku”na buraxmayacaqlarını açıqlayıblar. Həmin vaxt “Neftçi”nin prezidenti hazırda AFFA-ya başçılıq edən Rövnəq Abdullayev, vitse-prezidenti isə PFL-in hazırkı rəhbəri Ramin Musayev olub.
Amma 2010-cu ildə keçiriləcək “Birlik kuboku” üçün “Pünik”ə qoyulan qadağa götürülüb. Ardıcıl 9 ildir ki, Ermənistan çempionu olan komanda öncədən turnirə qatılmaq istəmədiyini bildirsə də, məhz təşkilatçıların təkidindən sonra fikrindən daşınıb.

0
0