Ağasəlim Mircavadov “böyük tilsim”lə üz-üzə
04.12.2009 - 11:09
Bakının “İnter” klubu milli çempionatda “Xəzər-Lənkəran”ın qəniminə çevrilib. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi indiyədək ölkə çempionatında “bankirlər”i səfərdə yenə bilməyib. “Xəzər-Lənkəran”ın Unibank Premyer Liqasının növbəti turunda paytaxt komandasının qonağı olacağını nəzərə alsaq, bu məqam yerinə düşür. Yəni, lənkəranlılar bazar günü “Şəfa” stadionunda qələbə qazanmaqla, axır ki “böyük tilsim”i qırmaq imkanı əldə ediblər.
“İnter”lə “Xəzər-Lənkəran” 2004-cü ildən, yəni yarandıqları vaxtdan görüşməyə başlayıblar. Komandalar son 4 ildə paytaxtda keçirilən oyunlarda sülhsevərliyi nümayiş etdirirlər. Bunun nəticəsidir ki, 2005-ci ildən bu yana Bakıda görüşlərdə bir qayda olaraq, heç-heçə qeydə alınır. “İnter” “Xəzər-Lənkəran”ı sonuncu dəfə evdə 1557 gün öncə - 2005-ci il sentyabrın 11-də yenib. Məhz həmin məğlubiyyətdən sonra türkiyəli Rasim Kara “Xəzər-Lənkəran”ın baş məşqçi postundan ilk dəfə istefa vermişdi. Maraqlısı odur ki, “İnter” lənkəranlılarla ölkə kubokunu da nəzərə alsaq, keçirdiyi 16 oyunda 4 qələbənin hamısını Karanın vaxtında qazanıb.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın “İnter”lə ölkə kubokunda oyunları uğurlu alınır. Bu turnirdə ilk dəfə bakılılar üstün olmuşdusa, sonrakı iki görüşdə lənkəranlılar qələbəni bayram edib. Özü də “Xəzər-Lənkəran” ardıcıl iki il (2007 və 2008-ci illər) “İnter”i yenməklə, sonda ölkə kubokunu qazanıb. Hər iki halda, komandanın sükanı arxasında indiki çalışdırıcı Ağasəlim Mircavadov olub.
“İnter”in “Xəzər-Lənkəran”la keçirdiyi oyunlar

Mövsüm | Turnir | Bakıda | Lənkəranda | Neytral meydanda |
2004/05 | Çempionat | 1:0 | 0:0 | - |
| Kubok | 2:1 | 1:1 | - |
2005/06 | Çempionat | 2:0 | 1:1 | - |
2006/07 | Çempionat | 0:0 | 0:0 | - |
| Kubok | 0:1 | 0:1 | - |
2007/08 | Çempionat | 2:2 | 1:3 | - |
| Kubok |
|
| 0:2 |
2008/09 | Çempionat | 2:2 | 4:2 | - |
2009/10 | Çempionat |
| 0:1 | - |
0
0