Bəşir Müqədinin damarı qırıldı
04.12.2009 - 11:34
Bəşir Müqədinin damarı qırıldı
Yevlaxın "Karvan" klubu ciddi itki ilə üzləşib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, komandanın baş məşqçisi Yunis Hüseynov yarımmüdafiəçi Bəşir Müqədinin xidmətindən məhrum olub.

31 yaşlı tunisli futbolçu 2009-cu ilin sonunadək yaşıl meydana çıxa bilməyəcək. Neçə vaxtdır zədəli olduğundan “Karvan”a kömək etməyən Bəşirin tibbi müayinəsi aldığı xəsarətin ciddiliyini aşkara çıxarıb. Belə ki, onun sağ baldır əzələsində damarı qırılıb. Bu isə onun ən yaxşı halda, gələn il meydana çıxmasına imkan verəcək.

Qeyd edək ki, Müqədi cari mövsüm Azərbaycanda çıxış edən yeganə tunisli futbolçudur.