Vaqif Sadıqov oyun öncəsi qalmaqaldan və faciədən danışdı
04.12.2009 - 13:03
“Tovuzdakı oyunlarımı yaxşı xatırlayıram. Xüsusilə, 15 il öncə keçirilən görüş böyük əks-səda doğurmuşdu. Həmin vaxt fərqli dövr, fərqli atmosfer idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
1993/94 mövsümündə 35 yaşında ikən “Neftçi”nin çalışdırıcısı kimi “Turan”la prinsipial qarşılaşmaya çıxan Sadıqovun komandası böyük haqsızlıqla üzləşmişdi. Belə ki, milli çempionatlarımız tarixinə ən qalmaqallı oyunlardan biri kimi düşən Tovuzdakı həmin oyunda hesabda 1:0 irəlidə olan “ağ-qaralar” uzatma dəqiqələrində qapısında ofsayddan qol görür. Etiraz əlaməti kimi “Neftçi” meydandan çıxmaq istəsə də, buna imkan verilmədiyindən qonaqlar oyuna başlamaqdan imtina edib. Bunu görən “Turan” futbolçuları oyuna mərkəzdən başlayıb və dayanan qonaqların qapısından ikinci topu keçirib. Məhz bu zaman baş hakimin final fiti səslənib və “Turan”ın səs-küylü qələbəsi rəsmiləşir – 2:1. Görüşdən sonra “Neftçi” çempionatda çıxışını davam etdirməmək qərarına gəlir və qalan 8 oyunda meydana çıxmadığı üçün texniki məğlubiyyətlər alır.
Həmin görüşü acı xatirə kimi xatırlayan Sadıqov üçün, ümumiyyətlə “Turan”la səfər oyunları uğursuz alınıb: “Təkcə həmin qalmaqalı oyun yox, Tovuzdakı 2-3 qarşılaşma mənim üçün həlledici olub. Acaq təəssüf ki, bunlar mənim xeyrimə nəticələnməyib. Həmin dövrdə nəinki Tovuzda, əyalətdəki görüşlər qonaqlar üçün çox çətin olurdu. Onda başqa vaxt idi, fərqli ab-hava hökm sürürdü. Həmin vaxt “Turan”la “Neftçi” ən iddialı komandalar idi, çempionluğa oynayırdı”.
Həmin mövsüm tovuzlular tarixində ilk və hələlik yeganə çempionluğunu qazandı. Ölkəmizi avrokuboklarda ilk təmsil edən komanda kimi “Turan”ın həmin gücündən əsər-əlamət qalmasa da, Sadıqov bunu arxayınlaşmağa əsas görmür. Əksinə, son turda “Olimpik-Şüvəlan”la ev oyununda xal itkisini daha çox arxayınçılıqla bağlayan 50 yaşlı çalışdırıcı məsuliyyəti yaxşı dərk edir: “Tovuz futbol məktəbi öz yetirmələri ilə həmişə seçilib. “Turan” isə vəziyyətindən asılı olmayaraq, həmişə güclü rəqib olub. Xüsusilə, öz meydanında çox güclü təsir bağışlayır. Bütün bunları nəzərə alaraq, oyuna ciddi hazırlaşmışıq. İndiki vəziyyətdə məsuliyyəti başa düşürük. Çünki hər xal itkisi bizim üçün faciəyə çevrilə bilər. Hər oyuna final görüşü kimi baxır, son oyun kimi qəbul edirik”.

0
0