“Fənərbaxça”nın futbolçusuna rekord cəza
04.12.2009 - 13:11
Türkiyə yığmasının və “Fənərbaxça”nın yarımmüdaifəçisi Kazım Kazım rekord məbləğdə cərimələnib. Apasport.az saytının məlumatına görə, gənc futbolçu 150 min avro cərimə ödəyəcək. Buna Kazımın müxtəlif vaxtlarda 3 intizamsız hərəkəti səbəb olub.
Əvvəla o, “Beşiktaş”la derbidə qırmızı vərəqə alaraq, komandasını çətin vəziyyətdə qoyub. Ardından intizamsız hərəkətlər edən Kazım müəyyən müddətdən sonra klubda yalan məlumat yaydığı üçün cəzalandırılıb. “Fənərbaxça” rəhbərliyi hər bir intizamsızlığına görə, onu 50 min, ümumilikdə isə 150 min avro cərimələyib. Bu, “sarı-lacivərdli” klubun tarixində ən böyük pul cəzasıdır. “Fənərbaxça”da ildə 1,1 milyon avro əldə edən futbolçu qazancının 10 faizindən çoxunu cəriməyə verəcək.
Qeyd edək ki, Kazım bir neçə gün öncə avtomobil qəzasına düşüb və onun biləyi qırılıb. Buna görə də o, 3 həftə yaşıl meydançalardan kənarda qalacaq.

0
0