Qurban Qurbanov itirə-itirə gedir
04.12.2009 - 13:24
“Qarabağ” Unibank Premyer Liqasının “Qəbələ” ilə səfər oyununa itkilərlə çıxacaq. Apasport.az-ın klubun rəsmi internet saytına istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanov əsas oyun qurucusu Elvin Məmmədovun xidmətindən məhrum olub.
Məşqdə dizindən zədələnən 21 yaşlı yarımmüdafiəçi 10 günlüyə sıradan çıxıb. Bu isə onun təkcə “Qəbələ” ilə deyil, həm də “Muğan” və “Standard”la növbəti turlardakı qarşılaşmalarda oynamasına imkan vermir. Komandanın gənc oyunçuları Maksim Medvedev və Əfran İsmayılov da eyni problemdən əziyyət çəkirlər.
Artıq 1 aydır zədəli olan Aslan Kərimov və “Turan”la ötən tur baş tutan oyun öncəsi xəstələnərək sıradan çıxan Emin İmaməliyevin də komandaya kömək edib-etməyəcəyi sual altındadır. Üstəlik, hücumçular Vaqif Cavadovla Vüqar Nadirovun da sağlamlığında problem yaranıb. Ağdamlıların daha iki futbolçusu - Qara Qarayevlə Tural İsgəndərovun da Almaniyada, Bundesliqa klublarında hazırlıq keçdiyini nəzərə alsaq, Qurbanov 8-9 itki ilə barışmaq məcburiyyətində qala bilər.

0
0