“Neftçi” “Turan”la oyuna futbolçu tapmır
04.12.2009 - 13:33
“Neftçi” Tovuza ciddi problemlərlə yollanıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Vaqif Sadıqov məlumat verib. Onun sözlərinə görə, “Turan”la oyunu öncəsi heyətdə çətinlik yaranıb. Vəziyyət elə həddə çatıb ki, flaqmanın Unibank Premyer Liqasının növbəti turundakı oyununa iştirak ərizəsində göstərilən sayda futbolçusu yoxdur.
“İtkilərlə əlaqədar heyətə 18 oyunçu yığa bilməmişik. Tovuza cəmi 17 futbolçu gətirmişik. Rəşad Abdullayev vərəqə limitini aşdığı üçün cəzalı duruma düşüb və bu səbəbdən “Turan”la oyunu buraxacaq. Estoniyalı müdafiəçi Andrey Stepanov zədəlidir. Digər zədəli futbolçularımız da var. İndi bizi əsas narahat edən Suat Ustanın vəziyyətidir. Türkiyəli futbolçunun artıq iki aydır belində ağrılar var. Bu müddətdə iynə altında oynayan Ustanın vəziyyəti yaxşılaşmır, əksinə, ağrılar artır. Sabahkı oyunda onun xidmətinə böyük ehtiyac var. Suatın bu dəfə meydana çıxıb, komandaya kömək edə biləcəyinə ümid edirik”.
Türkiyədə diz nahiyəsindən cərrahiyyə əməliyyatı olunan Zaur Tağızadəni xeyli vaxtdır itirən “Neftçi”nin arxa xətlə bağlı problemləri daha böyükdür. Hər halda, Sadıqov Suatla yanaşı, türkmənistanlı Nazar Bayramovla Ruslan Abışovun da sağlıq durumunun qaydasında olmadığını deyir: “Nazar soyuqdəymənin əziyyətini çəkdi. Artıq sağalsa da, xeyli məşq buraxıb. Onun bərpa prosesindən sonra fiziki durumun hansı vəziyyətdə olması sual doğurur. Ruslanın isə qasıq nahiyəsində zədəsi var”.

0
0