Türklər Qus Hiddinki milli komandaya gətirirlər
04.12.2009 - 13:45
Türkiyə milli komandasının yeni baş məşqçisinin Qus Hididnk olacağı yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, yerli mətbuat holland mütəxəssisin təyinatının gələn il rəsmiləşəcəyini iddia edir.
“Hürriyyət” qəzetinin yazdığına inansaq, Hiddink 2010-cu ildə bağlanacaq rəsmi müqavilənin şərləri ilə təkcə milli komandanı çalışdırmaqdan ibarət olmayacaq və gənclər və yeniyetmələrdən ibarət yığmalarının işinə də müdaxilə edəcək. Holland çalışdırıcının Rusiya Futbol İttifaqı (RFİ) ilə müqaviləsi gələn yaya kimi olsa da, buna qədər postunu tərk edə bilər. Məsələ ondadır ki, anlaşmanın şərtlərinə görə Rusiya yığması 2010-cu il dünya çempionatına çıxmadığı üçün Hiddink istənilən vaxtda müqaviləni poza bilər. Ona yeni müqavilə təklif edən RFİ qərar qəbul etmək üçün bu ilin sonuna kimi vaxt verib.
Rusiya kimi, son Avropa çempionatının bürünc mükafatçısı olan Türkiyə yığması da DÇ-2010-nun final mərhələsindən kənarda qaldı. Bundan sonra Fatih Terimin istefa verdiyi baş məşqçi postu vakant qalır və axtarışlar hələlik nəticə verməyib.

0
0