Klub prezidenti qorxusundan istefa verdi
04.12.2009 - 14:29
Karlos de Osmanın İspaniyanın “Xeres” klubunun prezidenti postundan istefa verməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, komandanın sabiq rəhbəri ona yönələn hədə-qorxular üzündən bu addımı atmağa məcbur olduğunu açıqlayıb.
De Osma naməlum şəxslərin təkcə onun özünə deyil, həmçinin həyat yoldaşı və uşaqları ilə bağlı hədə qorxularından bezdiyini bildirib. İstefa verən prezidentin bu postda son oyunu məşhur “Barselona”ya 0:2 hesablı məğlubiyyət olub. Hazırda 13 oyundan sonra hesabında cəmi 7 xal olan “Xeres” “Malaqa” və “Rasinq”lə birlikdə 18-20-ci yerləri bölüşür.
Qeyd edək ki, “Xeres” tarixində ilk dəfə güclülər dəstəsində çıxış edir.

0
0