Draqan Mandiç “tilsimi” qırdı
04.12.2009 - 14:56
Bakının “Olimpik-Şüvəlan” klubunun futbolçusu Draqan Mandiç böyük bir tilsimi qırıb. Apasport.az saytının məlumatına görə, serbiyalı yarımmüdafiəçi iki ildən artıq sürən qol həsrətinə bu gün son qoyub.
Mandiç Unibank Premyer Liqasının “Karvan”la qarşılaşmasında hesabı açmaqla, son iki mövsümdə ilk dəfə qol sevinci yaşayıb. 2007-ci ilin yayından bakılıların heyətində çıxış edən Draqan indiyədək çempionatda 2 qol vurub. O sonuncu dəfə 2007-ci il oktyabrın 27-də “Masallı” ilə görüşdə (3:1) fərqlənib. 769 gündən sonra fərqlənən serb ilk qolunu həmin il sentyabrın 9-da ABN-ə (1:0) vurmuşdu. Draqan vurduğu bu qolla ad günü ərəfəsində özünə hədiyyə edib. Belə ki, qarşılaşmadan 6 gün sonra legioner 33 yaşını qeyd edəcək.
Qeyd edək ki, “Karvan”la oyunadək Mandiç Premyer Liqada 70 oyun keçirmişdi.

0
0