“Turan” – “Neftçi” oyunundan sonra qalmaqal
06.12.2009 - 08:44
Unibank Premyer Liqasının XIII turunda dünən Tovuzda keçirilmiş “Turan” – “Neftçi” oyunundan sonra qalmaqal yaranıb. Apasport.az saytının xəbərinə görə, yerli azarkeşlər meydan sahiblərinin paytaxt təmsilçisinə bilərəkdən uduzmasını əsas gətirərək, xeyli sayda oturacaq sındırıblar. Bu azmış ki, fanatlar “Turan” klubunun rəhbərliyinə də etiraz ediblər, üstəlik məşqçi və futbolçuların ünvanına təhqiramiz ifadələr söyləyiblər.
Xatırladaq ki, fasiləyə 2:0 hesablı üstünlüklə yollanan qərb təmsilçisi ikinci hissədə öz qapısından 3 top “buraxaraq” qələbəni rəqibə hədiyyə edib.
Xatırladaq ki, fasiləyə 2:0 hesablı üstünlüklə yollanan qərb təmsilçisi ikinci hissədə öz qapısından 3 top “buraxaraq” qələbəni rəqibə hədiyyə edib.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0