Tovuzdakı şübhəli oyunla bağlı daha bir fakt!
06.12.2009 - 09:05
Dünən Unibank Premyer Liqasının XIII turunda keçirilmiş “Turan” – “Neftçi” qarşılaşmasının nəticəsinin əvvəlcədən müəyyənləşdirilməsi barədə daha fakt ortaya çıxıb. Apasport.az saytının xəbərinə görə, hələ görüşdən bir gün əvvəl əksər bukmeker kontorlarında bu oyuna pul qoyuluşları qəbul edilməyib.
Məlum olduğu kimi, “Turan”dan fərqli, “Neftçi” ilk “altılıq” uğrunda mübarizə aparır. Çempionatın final mərhələsində, yəni “qızıl xallar” hesablanan zaman bu komandalar arasındakı oyunların nəticəsi əhəmiyyət kəsb etməyəcəyindən, tovuzlular özünə “böyük qardaş” saydığı “Neftçi”yə təmənnasız 3 xalı hədiyyə ediblər.
Xatırladaq ki, dünən keçirilmiş “Turan” – “Neftçi” matçının ilk yarısında meydan sahibləri 2:0 hesabı ilə öndə olub. Ancaq fasilədən sonra “daha yaxşı oynayan” “Neftçi” 3 qol vurmaqla, asan qələbə qazanıb. Birinci hissədən sonra apasport.az saytı qeyri-rəsmi mənbəyə istinadən xəbər yazmışdı ki, “Turan” öz qapısından bilərəkdən 3 top buraxacaq. Bu isə ölkə çempionatında hələ də danışılmış oyunların mövcudluğundan xəbər verir.
Yəqin ki, bu iki faktdan çempionatı keçirən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də xəbərdardır. İşi-gücü adı min cür hoqqada hallanan hakimləri tərifləməkdən ibarət olan, fərəhlə, yorulmadan, ağızdolusu çempionatın şəffaf keçirilməsindən dəm vuran, Premyer Liqanı tərk etmək istəyən “Simurq” klubunun prezidenti Zaur Məmmədovun müdafiəsinə qalxan, bütün bunlar azmış kimi, hətta bəndənizi “səni təpiyimin altına salaram” - deməklə hədələyən cənab Musayev, bu da sizə fakt! Özü də, ikisi birdən!

0
0