“İnter” “Xəzər-Lənkəran”la yenə bacarmadı
06.12.2009 - 19:02
“İnter” “Xəzər-Lənkəran”la yenə bacarmadı
Unibank Premyer Liqasında XIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, nəhs tur meydan sahibləri üçün düşərli olmayıb. Belə ki, hesabat turunda qonaq komandalardan yalnız autsayder “Karvan” meydanı məğlubiyyətlə tərk edib.

Turun mərkəzi oyununda əsas yadda qalan məqam “Xəzər-Lənkəran”ın yenə “İnter”i səfərdə yenə bilməməyi olub. Xal itkisi cənub təmsilçisinə turnir cədvəlində 4-cü pilləni “Neftçi”yə verməsi bahasına başa gəlib. Komandalar arasında xallar bərabər olsa, öz aralarındakı oyun heç-heçə nəticələnsə də, “Neftçi” “Xəzər-Lənkəran”dan qələbə sayına görə üstündür.

Premyer Liqanın şərikli liderləri olan “İnter”lə “Qarabağ”ın son turda oyunları eyni hesabla nəticələndiyindən, mövqeləri dəyişməyib. Bosniyalı Almir Hurtiçin “Muğan”ın baş məşqçi postunda debütünü uğurlu saymaq olar. Hər halda, Salyan komandası mükafatlara iddialı “Simurq”la evdə də qolsuz heç-heçə etməklə, həm güclü rəqibindən xal alıb, həm də turnir cədvəlində bir pillə irəliləyərək, yenidən “Turan”ı qabaqlayıb.

4 dekabr

“Olimpik-Şüvəlan” - “Karvan” - 4:0
QOLLAR: Draqan Mandiç, 12; Anatoli Doroş, 50; Aleksandr İntskirveli, 52 (avtoqol); Nuqzar Kvirtiya, 69
Baş hakim: Rauf Cabbarov
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 3:2

5 dekabr

“Standard” – “Bakı” - 3:4
QOLLAR: Maçado, 34 (penaltidən); 42, Rikelme, 90+1 - Bəxtiyar Soltanov, 9; 68; Jaba, 21; Şoliç, 84
Baş hakim: Fariz Yusifov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 0:0

“Turan” – “Neftçi” - 2:3
QOLLAR: Oleq Xromtsov, 23; Cavid Tağıyev, 30 - Adrian Neaqa, 64; 85; Kruqlov, 82
Baş hakim: Əfqan Həmzəyev
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:2

6 dekabr

17:15. “İnter” – “Xəzər-Lənkəran” - 1:1
QOLLAR: Leonardo Roşa, 51 - Mario Souza, 4
Baş hakim: Rövşən Əhmədov
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 0:1

14:00. “Muğan” – “Simurq” - 0:0
Baş hakim: Azad Mütəllimov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:0

14:15. “Qəbələ” – “Qarabağ” - 1:1
QOLLAR:Tomaş Stolpa, 51 (pen) - Rəşad Sadiqov, 78
QIRMIZI VƏRƏQƏ: Tomaş Stolpa, 71
Baş hakim: Anar Salmanov
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0
Baş hakim qolun müəllifi Tomaş Stolpaya ikinci sarı vərəqə göstərərək, meydandan qovur.

 

komandalar

O

Q

H

M

T

X

1

"İnter"

13

8

3

2

25-13

27

2

"Qarabağ"

13

8

3

2

13-7

27

3

"Simurq"

13

7

4

2

16-10

25

4

"Neftçi"

13

7

2

4

13-9

23

5

"Xəzər-Lənkəran"

13

6

5

2

17-7

23

6

"Qəbələ"

13

6

4

3

17-15

22

7

"Bakı"

13

6

2

5

12-13

20

8

"Olimpik-Şüvəlan"

13

4

4

5

15-15

16

9

"Muğan"

13

3

3

7

7-17

12

10

"Turan"

13

3

2

8

17-21

11

11

"Standard"

13

1

2

10

12-24

5

12

"Karvan"

13

1

2

10

10-23

5


Bombardir: Anatoli Doroş ("Olimpik-Şüvəlan") – 7
0