Hurtiç sevindi, Pokora revanşa çalışır
06.12.2009 - 17:08
Hurtiç sevindi, Pokora revanşa çalışır
Unibank Premyer Liqasının XIII turunda Salyanda yerli "Muğan" klubunun qonağı olan "Simurq" ilk dövrədə olduğu kimi, bu dəfə də rəqibinin müqavimətini qıra bilmədi. Apasport.az saytının xəbərinə görə, 0:0 hesabı ilə nəticələnən qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi matçın ağır keçdiyini söyləyib.

Almir Hurtiç, "Muğan" klubunun baş məşqçisi: "Maraqlı və gərgin bir oyun oldu. "Simurq" kimi güclü komandaya qarşı oynamaq çox çətindir. Lakin belə çətin oyunda 1 xal qazandığımız üçün şadam".

Roman Pokora, "Simurq" klubunun baş məşqçisi: "Çətin oyun oldu. "Muğan" bu gün çox yaxşı oynadı. Həm onların, həm də bizim fərqlənmək üçün kifayət qədər qol epizodumuz olsa da, hesabı aça bilmədik. Daha çox süni örtükdə oynadığımız üçün bura öyrəşmək bizə çətin oldu. Amma bu meydan da çox yaxşıdır. Ardıcıl ikinci oyunda xal itiririk. Qarşıdakı görüşlərdə bunun əvəzini çıxmağa çalışacağıq”.
0