Qurban Qurbanovu sevindirən hal
06.12.2009 - 18:16
"Qarabağ" öz oyunu ilə Avropada sözünü demiş komandadır. Ona görə, bu oyuna ciddi hazırlaşmışdıq”. Apasport.az saytının xəbərinə görə, bunu Unibank Premyer Liqasının XIII turunda “Qarabağ”la oyundan sonra “Qəbələ”nin məşqçisi Cavanşir Novruzov deyib. Komandasının əzmlə mübarizə apardığını bildirən Novruzovun fikrincə, ilk hissədə lazım olan nəticəni əldə edə bilərdilər. Ancaq ikinci hissəsində meydanda öz sözünü deyən “Qarabağ” buna imkan verməyib.
“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov isə bildirib ki, Qəbələyə qələbə üçün yollansalar da, sonda 1 xalla kifayətləniblər: "Çox sevindirici haldır ki, ölkə çempionatında belə gözəl oyunların şahidi oluruq. Hər iki komanda sona qədər mübarizə apardı, əzmkarlıq göstərdi. Bura qələbə üçün gəlsək də, yalnız 1 xalla kifayətlənməli olduq".
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyununda qalib müəyyənləşməyib.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0