Bülənt Korkmaz: Ondan bacarmadığı şeylər tələb olunur
07.12.2009 - 09:32
Bülənt Korkmaz: Ondan bacarmadığı şeylər tələb olunur
“Bakı”nın baş məşqçisi Bülənt Korkmaz uzun illər şərəfini qoruduğu “Qalatasaray” klubunda baş verənlərə də biganə qalmır. Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis həm oyunçu, həm də baş məşqçi kimi sıralarında olduğu “Cim-Bom”la bağlı fikirlərini açıqlayıb.

Türk həmkarlarımızın suallarını cavablandıran Korkmaz keçmiş komandasının braziliyalı ulduzu Elanonun gözlənilənləri verməməsi haqda deyilənlərə münasibət bildirib: “Braziliyalı futbolçudan bacarmadığı şeylər tələb olunur. Elano isə Messi, Droqba, və ya Arda deyil. Elano bir komanda oyunçusudur və yoldaşları tərəfindən sevilir”.

Korkmaz komandanın kapitanı Ardanın səviyyəsi və onu izləyən zədələrdən də danışıb: “Bir ildən sonra Arda çətinlik çəkmədən Avropada oynayacaq. Özü də sağ cinahda oynamalıdır. Ardanın yeri məhz bu mövqedir. Onun müalicəsi də düzgün aparılmalıdır”.
0