Tovuzdakı şübhəli oyunda mövsümün rekordu vuruldu
07.12.2009 - 11:27
Unibank Premyer Liqasının XIII turunda çempionatın yeni rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Tovuzda keçirilən “Turan” – “Neftçi” qarşılaşmasında meydan sahiblərinin ikinci qoluna imza atan Cavid Tağıyev yeni rekord müəyyənləşdirib.
O XVIII Azərbaycan çempionatında qol vuran ən gənc oyunçu adını qazanıb. Əvəzedici komandanın üzvü olan 17 yaşlı istedad əsas komandaya cəlb olunmasını flaqmanın qapısına yol tapmaqla qeyd edib. 1992-ci il təvəllüdlü Cavid cari çempionatın rekordunu 3 il yeniləyib. Bu turadək ən gənc qolçu 1989-cu il təvəllüdlü Bəxtiyar Soltanov idi.
Qeyd edək ki, “Turan” – “Neftçi” oyunu qonaqların şübhəli 3:2 hesablı qələbəsi ilə başa çatıb.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0