“Turan”da fövqəladə vəziyyət: bütün futbolçulara qadağa qoyuldu
07.12.2009 - 12:44
Tovuzun “Turan” klubunda fövqəladə vəziyyət elan olunub. Apasport.az saytının məlumatına görə, futbolçuların mətbuat nümayəndələri ilə danışmalarına qadağa qoyulub. Belə ki, əməkdaşımızın əlaqə saxladığı bir çox oyunçular telefon zənglərini cavablandırmayıblar.
“Neftçi” ilə şübhəli oyunda forma geyinən, ancaq adının açıqlanmasını istəməyən “Turan”lı futbolçulardan biri isə zəngimizə cavab verərək, bunları söyləyib: “Müsahibə verə bilmərəm, çünki icazə vermirlər. Bununla bağlı, bazada xəbərdarlıq asılıb. Jurnalistlərlə icazəsiz ünsiyyət qurmağımıza qadağa qoyublar. İstəmirəm ki, sonradan mənə problem yaransın”.
Eyni zamanda, həmin futbolçu bildirib ki, bu qadağa sırf “Neftçi” ilə qalmaqallı oyuna görə qoyulmayıb: “Ümumiyyətlə, müsahibə verməyə icazə yoxdur”.
Hərçənd, “Turan”da belə bir qadağa əvvəllər olmayıb. Son günlərədək tovuzlu futbolçular müxtəlif KİV-lərə müsahibə verib, onların suallarını heç bir problem olmadan cavablandırıblar.
Qeyd edək ki, dekabrın 5-də “Turan” öz meydanında “Neftçi”ə bilərəkdən 2:3 hesabı ilə uduzub.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0