Sabah milli komandamızın Avropa çempionatındakı rəqibləri bilinəcək
07.12.2009 - 15:20
Sabah 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit mərhələsinin püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının rəqibləri də İsveçrənin Nyon şəhərindəki mərasimdə müəyyənləşəcək. Bakı vaxtı ilə saat 13:30-da başlayacaq püşkatmada elit raundun iştirakçısı olan 28 komanda 7 qrupa bölünəcək. Onlar gələn il Fransada təşkil olunacaq final mərhələsinə 7 vəsiqə uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, birinci seçmə mərhələdən sonra I qrupdan İtaliya, İrlandiya, II qrupdan İngiltərə, Slovakiya, III qrupdan Almaniya, Türkiyə, IV qrupdan Xorvatiya, İsveçrə, V qrupdan Serbiya, Yunanıstan, VI qrupdan Şotlandiya, Rumıniya, Avstriya, VII qrupdan Bosniya və Herseqovina, Şimali İrlandiya, VIII qrupdan Portuqaliya, İspaniya, IX qrupdan Rusiya, Macarıstan, X qrupdan Hollandiya, Çexiya, XI qrupdan Norveç, Belçika, XII qrupdan Ukrayna, Çernoqoriya, yığmamızın ikinci yeri tutduğu XIII qrupdan isə Danimarka və Polşa elit mərhələdə çıxış edəcək.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0