Nazim Süleymanov 2 dəfə qovulduğu “Xəzər-Lənkəran”a qarşı
07.12.2009 - 15:28
Unibank Premyer Liqasında son turun həyəcanı bitməmiş növbəti tur başlanır. Apasport.az saytının məlumatına görə, artıq sabah Yevlaxda XIV tur start götürəcək.
Turun adət etmədiyimiz çərşənbə axşamı başlanacağına baxmayaraq, azarkeşlər həftəsonu da oyun izləyəcəklər. Cari mövsüm yeni reqlamentlə keçirildiyindən, oyunların sayı çox, təqvim isə sıxdır. Buna görə də bu həftə iki tur keçiriləcək.
Açılış oyununda heç də yaxşı günlərini yaşamayan, son turda ağır zərbə alan “Karvan”la “Turan” münasibətlərini ayırd edəcək. Hər iki komanda ilk “altılıq”dan uzaqdırlar. Lakin bu amil görüşün əhəmiyyətini azaltmır. Əksinə, “Turan”la “Karvan” 7-12-ci yerlər, daha dəqiq desək, Premyer Liqada yerlərini qorumaq uğrunda mübarizə apardıqlarından, öz aralarındakı oyunun nəticəsi çox vacibdir. “Karvan”ın ilk dövrədə “Turan”a uduzduğunu nəzərə alsaq, yevlaxlılara qələbə qazanıb, bunun əvəzini çıxmaq lazımdır.
Qarşıdakı turda ilk “altılığ”a düşmək baxımından da, prinsipial oyunlar olacaq. Bu, “Neftçi” - “Qəbələ”, “Bakı” - “İnter” və “Xəzər-Lənkəran” - “Olimpik-Şüvəlan” görüşləridir.
Turun mərkəzi oyununda son iki mövsümün qalibləri görüşəcək. “İnter”dən sonra çempionluğu qazanan “Bakı” prinsipial rəqibinə evdə qalib gəlməklə, yuxarı pillələrdə mübarizəni daha da qızışdıra bilər. Bu oyun son çempionun baş məşqçisi Bülənt Korkmaz üçün prinsipial əhəmiyyət kəsb etməlidir. Belə ki, türkiyəli mütəxəssis “Bakı”nın sükanı arxasında, yəni ölkəmizdə ilk məğlubiyyətini məhz “İnter”dən alıb. Elə Korkmazın azərbaycanlı həmkarı Vaqif Sadıqov da növbəti rəqibindən əvəz çıxmalıdır. Hər halda, Sadıqov son məğlubiyyətini məhz “Qəbələ”dən alıb. Qəbələlilərin çalışdırıcısı Ramiz Məmmədovun cəzası bitdiyindən, yenidən “texniki zona”da yer ala biləcək.
“Xəzər-Lənkəran” isə cari mövsümdə ilk məğlubiyyətini aldığı “Olimpik-Şüvəlan”dan əvəz çıxmağa çalışacaq. “Təyyarəçilər”də ilk dövrə bitən kimi Əsgər Abdullayev baş məşqçi postundan istefa verdiyi üçün “Xəzər-Lənkəran”ın çalışdırıcısı Ağasəlim Mircavadov başqa həmkarını yenməli olacaq. Hər halda, Abdullayevin xələfi olan Nazim Süleymanov da vaxtilə Mircavadovun rəhbərliyi altında oynadığından, yenə müəllim-tələbə qarşıdurması olacaq. Özü də Süleymanov təcrübəli mütəxəssisin təkcə “Neftçi”də yox, milli komandamızda da futbolçusu olub.
Onun “Xəzər-Lənkəran”ın ilk baş məşqçisi, yaradıcılarından olması da görüşün prinsipiallığını artırır. Süleymanov iki müxtəlif vaxtda çalışdırdığı Lənkəran təmsilçisini ölkə kubokunu da nəzərə alsaq, 17 oyuna çıxarıb və hər iki halda, istefaya göndərilib. Əslən, cənub bölgəsindən olan Süleymanov bu dəfə doğma publika qarşısına rəqib çalışdırıcı kimi çıxacaq. Hazırda “Olimpik-Şüvəlan”da oynayan İlqar Qurbanovla Füzuli Məmmədov da vaxtilə “Xəzər-Lənkəran”da onun rəhbərliyi altında oynadığından, keçmiş komandaları ilə prinsipial görüşün iştirakçısı olacaq.
8 dekabr
14:00. “Karvan” – “Turan”
Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:2
9 dekabr
18:00. “Simurq” – “Standard”
Zaqatala. “Simurq” stadionu
İlk dövrədəki oyun – 2:1
14:15. “Bakı” – “İnter”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 0:1
10 dekabr
16:00. “Xəzər-Lənkəran” – “Olimpik-Şüvəlan”
Lənkəran. Mərkəzi stadion
İlk dövrədəki oyun – 0:1
14:00. “Neftçi” – “Qəbələ”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk dövrədəki oyun – 0:1
14:15. “Qarabağ” – “Muğan”
Ağdam. Quzanlı qəsəbə stadionu
İlk dövrədəki oyun – 1:0
Bombardir: Anatoli Doroş ("Olimpik-Şüvəlan") – 7

| komandalar | O | Q | H | M | T | X |
1 | "İnter" | 13 | 8 | 3 | 2 | 25-13 | 27 |
2 | "Qarabağ" | 13 | 8 | 3 | 2 | 13-7 | 27 |
3 | "Simurq" | 13 | 7 | 4 | 2 | 16-10 | 25 |
4 | "Neftçi" | 13 | 7 | 2 | 4 | 13-9 | 23 |
5 | "Xəzər-Lənkəran" | 13 | 6 | 5 | 2 | 17-7 | 23 |
6 | "Qəbələ" | 13 | 6 | 4 | 3 | 17-15 | 22 |
7 | "Bakı" | 13 | 6 | 2 | 5 | 12-13 | 20 |
8 | "Olimpik-Şüvəlan" | 13 | 4 | 4 | 5 | 15-15 | 16 |
9 | "Muğan" | 13 | 3 | 3 | 7 | 7-17 | 12 |
10 | "Turan" | 13 | 3 | 2 | 8 | 17-21 | 11 |
11 | "Standard" | 13 | 1 | 2 | 10 | 12-24 | 5 |
12 | "Karvan" | 13 | 1 | 2 | 10 | 10-23 | 5 |

0
0