Fariz Yusifovun “Standard” – “Bakı” oyunundan aldığı qiymət müəyyənləşdi
07.12.2009 - 16:35
Fariz Yusifovun “Standard” – “Bakı” oyunundan aldığı qiymət müəyyənləşdi
AFFA FİFA hakimi Fariz Yusifovu cəzalandıracaq. Unibank Premyer Liqasının son turunda “Standard” – “Bakı” oyununu (3:4) idarə edən 37 yaşlı beynəlxalq dərəcəli hakim idarəçiliyinə görə çox aşağı qiymət alıb. Apasport.az saytının məlumatına görə, matçın hakim-inspektorundan “4” alan Yusifovun hələ bir müddət əvvəl cəzalandırıldığı deyilsə də, AFFA-nın Hakimlər Komitəsi ona son turda təyinat verməklə, bunun doğru olmadığını təsdiqlədi. Ancaq Fariz bu dəfə cəzadan yaxa qurtara bilməyəcək. Hər halda, qeyri-kafi qiymət alan hakimin oyunda kobud səhvlərə yol verdiyi, hakimlərin Nizam-İntizam Məcəlləsinə əsasən mütləq cəzalanacağı deməkdir.

Qeyd edək ki, Yusifovla bağlı AFFA-nın Hakimlər Komitəsinin üzvləri qərar verəcək.
0