AFFA “Neftçi”nin bəyənmədiyi məşqçini vəzifəyə gətirdi
07.12.2009 - 17:36
AFFA Azərbaycan milli komandasının sabiq futbolçuları İqor Getmanla Vadim Vasilyevə vəzifə verib. Apasport.az saytının məlumatına görə, onlar “Azercell U-17 liqa”sının V turunun oyunlarına seleksiyaçı-məşqçi kimi təyinat alıblar.
Getman sabah “İnter” – “MKT-Araz”, Vasilyev “Olimpik-Şüvəlan” – “Xəzər-Lənkəran” oyununda bu vəzifəni icra edəcək. Təyinatları açıqlayan AFFA Vladislav Qədirovu “Muğan” – “Qarabağ”, Səməd Qurbanovu “Bakı” – “Neftçi İSM”, Nadir Qasımovu “Qəbələ” – “Vətən” görüşünə seleksiyaçı-məşqçi göndərəcək.
Qeyd edək ki, 38 yaşlı Getman ölkə daxilində yalnız çıxış etdiyi “Neftçi”də sonradan məşqçi kimi çalışsa da, üç ay öncə baş məşqçi dəyişikliyindən, yəni Vaqif Sadıqovun təyinatından sonra vəzifəsindən çıxarıldı. Həmkarı ilə müqayisədə məşqçi təcrübəsi az olan 37 yaşlı Vasilyev isə ötən mövsüm yarım il “Xəzər-Lənkəran”da baş məşqçi İqor Ponomaryovun köməkçisi oldu. Ancaq mövsüm bitəndən sonra Ponomaryov vəzifəsindən çıxarılmaqla, onu dəvət etdiyi Vasilyev də komandadan kənarlaşdırıldı.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0