Lionel Messi “Qızıl top” mükafatına qovuşdu - FOTO
07.12.2009 - 18:16
Lionel Messi “Qızıl top” mükafatına qovuşdu - FOTO
Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messiyə “Qızıl top” təqdim olunub. Lent.az-ın verdiyi məlumata görə, Messinin Avropada ilin oyunçusu seçilməsi dekabrın 1-də elan olunub.

22 yaşlı hücumçu mükafatını bundan 5 gün sonra Fransada alıb. “Qızıl top”un sahibi çıxışında komanda yoldaşlarının xidmətlərini qeyd edib. Messinin fikrincə, məhz həmklubları ona nüfuzlu mükafatı qazanmaqda yardımçı olublar: “Mən “Qızıl top”u həmklublarıma həsr edir və bu mükafatın onlarla bölüşmək istəyirəm. Həmçinin, ailəmə, dostlarıma və qardaşlarıma minnətdaram”.

Messi bu mükafatın karyerasında sonuncu olmayacağına ümidvar olduğunu da bəyan edib.

Qeyd edək ki, “Qızıl top” mükafatını “France Football” jurnalı təsis edib. Lionel Messi həm də FİFA tərəfindən təqdim olunan “Brilyant top” mükafatına əsas namizədlərdəndir.
0