Son pərdə
07.12.2009 - 18:37
Son pərdə
Sabah UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində sonuncu turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, VI turun nəticəsindən asılı olmayaraq, “Bordo”, “Mançester Yunayted”, “Çelsi”, “Porto”, “Fiorentina”, “Lion”, “Sevilya” və “Arsenal” artıq 1/8 finala vəsiqə qazanıb. Göründüyü kimi, həmin mərhələnin iştirakçılarının yarısı, yəni 8-i son turda bəlli olacaq. Son turda həm də qrupda 3-cü yeri tutaraq, Avroliqaya vəsiqə qazanlara tam aydınlıq gələcək.

Sözsüz ki, turun ən maraqlı oyunu İtaliyanın Turin şəhərində keçiriləcək. A qrupunun əsas favoritlərindən “Yuventus” və “Bavariya” klublarından biri ÇL-də çıxışını başa vurmalı olacaq. Turinlilərin həm evdə oynadığını, həm mübarizəni davam etdirmək üçün heç-heçənin də yetərli olduğunu nəzərə alsaq, növbəti mərhələyə çıxmaq şansı yüksəkdir.

B qrupunda 2-ci vəsiqənin sahibi “Volfsburq”la MOİK-dən biri olacaq. Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” son turda qalib gəlsə belə, bu komandalardan şəxsi göstəricilərdən geri qaldığı üçün ÇL vidalaşacaq. “Qara qartallar”a Avroliqaya çıxmaq üçün mütləq evdə rusları yenməlidir.

C qrupunda favoritlər “Real”la “Milan”ın şansı yüksək olaraq qalır. “Marsel”in bunlardan birini kənarda qoymaq üçün “Real”ı böyük hesabla yenməsi, “Milan”ın isə İsveçrədə xal itirməsi lazımdır.

D qrupunda “Çelsi” ilə “Porto”nun müvafiq olaraq 1-ci və 2-ci yerləri tutması hələ əvvəldən rəsmiləşib. Avroliqaya vəsiqənin Madridin “Atletiko” klubuna nəsib olacağı şübhə doğurmur.

E qrupunda “Fiorentina” ilə “Lion”dan kimin 1-ci, kimin 2-ci olacağı son turda aydınlaşacaq. 2005-ci ildə ÇL-in qalibi olan “Liverpul” istənilən halda, mübarizəni Avroliqada davam etdirəcək.

F qrupunun digərlərindən fərqi ondadır ki, bütün iştirakçıların hamısı 1/8 finala çıxmaq şansını saxlayır. Turnirin son qalibi “Barselona”ya vəsiqə qazanmaq üçün Kiyevdə 1 xal qazanmaq da kifayətdir.

G qrupundan “Sevilya” ilə birgə çıxacaq komanda Almaniyadakı görüşdə bilinəcək. Rayan Babbeli istefaya göndərən “Ştutqart” həlledici oyuna yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Almaniya təmsilçisi 1/8 finala çıxmaq üçün qrup mərhələsində əsas sensasiya göstərən komandalardan biri olan Rumıniya “Unireya”sını evdə mütləq yenməlidir.

Nəhayət, H qrupu haqda. Bu qrupda 1-ci yeri artıq təmin etmiş “Arsenal” səfərdə Yunanıstanın “Olimpiakos” klubuna xal verəcəyi halda, rəqibini sevindirmiş olacaq. “Olimpiakos”la “Standard” klublarının xalları bərabər olarsa, belçikalılar şəxsi oyunlarda üstün olduğu üçün 1/8 finala çıxacaq.

8 dekabr
A qrupu


“Yuventus” – “Bavariya”
“Makkabi” – Bordo”

1

Bordo

5

4

1

0

8-2

13

2

Yuventus

5

2

2

1

3-3

8

3

Bavariya

5

2

1

2

5-4

7

4

Makkabi

5

0

0

5

0-7

0



B qrupu

“Beşiktaş” – MOİK (Moskva)
“Volfsburq” – “Mançester Yunayted”

1

Mançester Yunayted

5

3

1

1

7-5

10

2

Volfsburq

5

2

1

2

8-5

7

3

MOİK

5

2

1

2

8-9

7

4

Beşiktaş

5

1

1

3

2-6

4



C qrupu

“Sürix” – “Milan”
“Marsel” – “Real”

1

Real

5

3

1

1

12-6

10

2

Milan

5

2

2

1

7-6

8

3

Marsel

5

2

1

2

9-7

7

4

Sürix

5

1

0

4

4-13

3



D qrupu

“Çelsi” – APOEL
“Atletiko” - “Porto”

1

Çelsi

5

4

1

0

9-2

13

2

Porto

5

3

0

2

5-3

9

3

Atletiko

5

0

3

2

3-9

3

4

APOEL

5

0

2

3

2-5

2



9 dekabr
E qrupu


“Liverpul” – “Fiorentina”
“Lion” – “Debretsen”

1

Fiorentina

5

4

0

1

12-6

12

2

Lion

5

3

1

1

8-3

10

3

Liverpul

5

2

1

2

4-5

7

4

Debretsen

5

0

0

5

5-15

0



F qrupu

“İnter” – “Rubin”
“Dinamo” (Kiyev) – “Barselona”

1

Barselona

5

2

2

1

5-2

8

2

İnter

5

1

3

1

5-6

6

3

Rubin

5

1

3

1

4-5

6

4

Dinamo

5

1

2

2

6-7

5



G qrupu

“Ştutqart” – “Unireya”
“Sevilya” – “Reyncers”

1

Sevilya

5

3

1

1

10-4

10

2

Unirea

5

2

2

1

7-5

8

3

Ştutqart

5

1

3

1

6-6

6

4

Reyncers

5

0

2

3

4-12

2



H qrupu

“Olimpiakos” – “Arsenal”
“Standard” – “Alkmaar”

1

Arsenal

5

4

1

0

12-4

13

2

Olimpiakos

5

2

1

2

3-5

7

3

Standard

5

1

1

3

6-8

4

4

Alkmaar

5

0

3

2

3-7

3

0