“Neftçi” Branimir Subaşiçi heyətə qaytarır
08.12.2009 - 00:00
“Neftçi” Branimir Subaşiçi heyətə qaytarır
Milli komandamızın sabiq futbolçusu Branimir Subaşiç Azərbaycana qayıdır. Apasport.az saytının məlumatına görə, “Neftçi” hücumçu problemini qış fasiləsində 27 yaşlı serbiyalı legionerlə yoluna qoymaq fikrindədir.

Bu il 8 ay “Çanqçun Yatay” klubnda icarə əsasında oynayan və Çin çempionatının gümüş medalını qazandıqdan sonra vətəninə dönən Subaşiçin “Srvena Zvezda”da yer aldı. O, 2008-ci ilin yayında “Neftçi”dən bu komandaya keçsə də, orada uzun müddət qərarlaşmadı. Hər halda, Branimir çinlilərə icarəyə verilsə də, müqavilə ilə “Srvena Zvezda”ya məxsus idi. Ancaq ölkəmizdə, daha dəqiq desək, yenidən “Neftçi”də oynamaq istəyini gizlətməyən Subaşiç böyük ehtimalla gələn il arzusuna qovuşacaq.

Qeyd edək ki, Branimir “Neftçi”də çıxış etdiyi üç ildə (2005-2008-ci illərdə) Azərbaycan çempion ola bilməsə də, bir gümüş, iki bürünc medal və “Birlik kuboku”nu qazandı. Sonuncu dəfə milli komandamızın heyətində bu ilin iyun 9-da İspaniya yığması ilə Bakıda keçirilən yoldaşlıq görüşündə iştirak edən (0:6) hücumçu bundan sonra baş məşqçi Berti Foqtsdan dəvət almır.
0