Devid və Viktoriya Bekhem şokda!
08.12.2009 - 10:24
Devid və Viktoriya Bekhem şokda!
Devid və Viktoriya Bekhemlər ailəsi xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, bu məşhur cütlük soyğunçuluğa məruz qalıb. İngiltərənin paytaxtı Londonda onların 585 min dollarlıq malı oğurlanıb.

Belə ki, hazır geyim dəstlərinin satışını təşkil edən Viktoriya malları Londondan ABŞ-a aparmaq üçün yük maşınına yüklətdirib. Hava limanına gedən yolda isə maşına silahlı basqın olub. Soyğunçular sürücüyə hədə-qorxu gəldikdən sonra paltarları götürərək, aradan çıxıblar. İngilis polisi hadisənin mütəşəkkil şəbəkə tərəfindən törədildiyini açıqlayıb.

Futbolçu Devid Bekhem olayla əlaqədar danışmasa da, onun həyat yoldaşı səssizliyi pozub. Viktoriya maddi və mənəvi ziyana düşdüyünü gizlətməyib: “Hadisə məni həm maddi, həm də mənəvi cəhətdən sarsıtdı. Kaş soyğunçular paltarları məndən istəyəydilər, bəyəndiklərini hədiyyə edərdim. Polisin oğruları və geyim dəstlərini tapacağına əminəm”.

Oğurlanan kolleksiyalar axırıncı dəfə Nyu-Yorkda moda həftəsində nümayiş olunub. Həmin nümayişin ardından bir sıra ünlülər VB markası geyinməyə başlayıblar. Bekhemlər ailəsinin ABŞ-a aparmaq istədikləri paltarların lüks mağazalar şəbəkəsi sayılan “Neiman Markus”da satılması nəzərdə tutulmuşdu.
0