Azərbaycanın sevindirdiyi futbolçu ilin oyunçusu seçildi
08.12.2009 - 10:36
Azərbaycanın sevindirdiyi futbolçu ilin oyunçusu seçildi
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Rayan Qiqqz növbəti titulunu qazanıb. Apasport.az saytının məlumatına görə, Uels milli komandasının oyunçusu vətənində ilin idmançısı seçilib.

Rayan velosipedçi Cerent Tomas və reqbi ulduzu Ceymi Robertsi qabaqlayaraq, Uelsin ən yaxşısı olub. Bu 36 yaşlı yarımmüdafiəçinin ikinci belə uğurudur. O, 13 il əvvəl də bu ada sahib çıxmışdı.

İndiyədək Uels yığmasında 64 oyuna 12 qol vuran Qiqqzin milli karyerasında Azərbaycan xüsusi yer tutur. Belə ki, dəfələrlə komandamızla qarşılaşan yarımmüdafiəçi yığma karyerasındakı yeganə dublu millimizlə matçda rəsmiləşdirib. O, 2005-ci il oktyabrın 12-də 2:0 hesabı ilə bitən görüşdə fərqlənib. Rayan 2003-cü il martın 29-da 4:0 hesabı ilə bitən qarşılaşmada da yığmamızın qapısına yol tapıb. Qiqqz Azərbaycan millisindən başqa heç bir rəqibə bu qədər – 3, ya da daha çox qol vurmayıb.
0