Azərbaycan yığması “Roma”ya qarşı
08.12.2009 - 12:25
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirə dəvət alıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Oliver Pelzerin yetirmələri gələn il martın 31-dən aprelin 3-dək İtaliyanın Rieti şəhərində təşkil olunacaq yarışda qüvvəsini sınayacaq. “Rieti Trophy” turnirində yerli klubların da iştirakı nəzərdə tutulub. “Roma”, “Latsio”, “Napoli”, “Kalyari” və “Cenoa” klublarının nəzdindəki müvafiq yaş qrupundan ibarət komandalar da gələn il keçiriləcək yarışa dəvət olunublar.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0