Rusiya yığmasının iki futbolçusunda dopinq aşkarlandı
08.12.2009 - 13:09
Rusiya yığmasının iki futbolçusunda dopinq aşkarlandı
UEFA Moskva MOİK-in müdafiəçiləri Sergey İqnaşeviçlə Aleksey Berezutskinin Çempionlar Liqasında (ÇL) “Beşiktaş”la bu gün keçiriləcək görüşdə oynamasına qadağa qoyub. Apasport.az saytının məlumatına görə, buna səbəb ÇL-də 1/8 finala çıxmaq şansı olan rus komandasının dopinq-nəzarət zamanı buraxdığı texniki səhvdir. UEFA-nın Dopinq-Nəzarət Komitəsi MOİK-ə göndərdiyi məktubda İqnaşeviçlə Berezutksinin meydana çıxmamağı haqda klubu rəsmən məlumatlandırıb. “Hərbçilər” isə bu məsələni sona kimi araşdırmadıqlarını bildirir.

Qadağaya səbəb MOİK-in ÇL-nin qrup mərhələsi çərçivəsində noyabrın 3-də İngiltərənin “Mançester Yunayted” klubu ilə səfər oyunundan (3:3) sonra baş verən insidentdir. Ordu klubunun tibbi heyətinin işçiləri İqnaşeviçlə Berezutskinin boğazda iltibahı aradan qaldırmaq üçün sudafed preparatını istifadə etdiyini göstərməyib. Əslində, bu maddə zökəm və öskürmə zamanı istifadə olunur, yəni boğazda ağrıların keçməsinə kömək olmur. Sudafed qadağa olunan preparatlar siyahısına daxil olmasa da, UEFA-nın qaydalarına əsasən, həkimlər ondan müalicədə istifadə edilməsini xəbərdarlıq etməlidir.

Ruslar iddia edirlər ki, UEFA İqnaşeviçlə Berezutskidən dopinq qəbul etməkdə şübhələnmir. Ancaq bununla belə, müdafiəçilər haqda qərar UEFA Dopinq-Nəzarət Komitəsinin iclasında qəbul ediləcək. UEFA-nın bu qərarı MOİK-in müdafiə xəttində ciddi problemlər yarada bilib ki, bu da Avroliqaya çıxmaq üçün rəqibini mütləq İstanbulda yenməli olan “Beşiktaş”ın işini asanlaşdırır.
0