“Simurq” - “Bakı” oyununun vaxtı dəyişdirilib
08.12.2009 - 13:35
Unibank Premyer Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, XV turun bəzi qarşılaşmalarının vaxtının dəyişdirilməsinə dekabrın 12-də ölkə ərazisində dövlət səviyyəli tədbirlərin keçirilməsi səbəb olub.
Bu üzdən Premyer Liqanın ayın 12-də baş tutmalı olan "Simurq" – "Bakı" matçı bir gün sonra dekabrın 13-də oynanılacaq. Əvəzedici komandalarının XV turunun oyunlarında isə dəyişikliklər daha çox olub. Yenilənmiş təqvimə görə "Olimpik-Şüvəlan" – "İnter" və "Muğan" – "Neftçi" görüşləri ayın 13-də, "Simurq" – "Bakı", "Qəbələ" – "Karvan", "Turan" – "Xəzər Lənkəran", "Standard" – "Qarabağ" matçları isə 14-də keçiriləcək.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0