Şahin Diniyevin futbolçusuna 300 min avro məvacib
08.12.2009 - 14:07
Azərbaycanlı mütəxəssis Şahin Diniyevin rəhbərliyi altında oynamış rumın futbolçu Florentin Petre 300 min avro qazanacaq. Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqasında mövsüm bitən kimi Qroznının “Terek” klubundan ayrılan 33 yaşlı yarımmüdafiəçi Sofiya MOİK-nə keçib. Petre Bolqarıstanın ən titullu komandası ilə bağladığı müqaviləyə əsasən illik məvacibi 300 min avro olacaq. Florentin vaxtilə iki il oynadığı MOİK-in heyətində ölkə çempionu olub.
Qeyd edək ki, Petre “Terek”də ötən mövsüm keçirdiyi 19 oyunda 2 qol vurub.
Qeyd edək ki, Petre “Terek”də ötən mövsüm keçirdiyi 19 oyunda 2 qol vurub.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0