Azərbaycan yığması AÇ-2010-da İspaniya və Türkiyə ilə eyni qrupa düşdü
08.12.2009 - 14:22
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) 2010-cu ildə keçiriləcək Avropa çempionatının elit mərhələsindəki rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmada 28 komanda 7 qrupa bölünüb.
Alman mütəxəssis Bernard Lippertin başçılıq etdiyi U-19 IV qrupda yer alıb. Futbolçularımız İspaniya, Türkiyə və Norveçdən olan həmyaşıdları ilə mübarizə aparacaq. Gələn ilin yayında Fransada təşkil olunacaq final mərhələsinə yalnız qrup qalibləri çıxacaq.
Qeyd edək ki, gələn ilin yazında keçiriləcək elit raundun dəqiq tarixi və keçiriləcəyi yer hələ müəyyənləşməyib.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0