“Yuventus” darmadağın edildi!
09.12.2009 - 10:06
“Yuventus” darmadağın edildi!
Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, VI turun çərçivəsində keçirilən 8 oyunla A, B, C və D qruplarında mübarizə yekunlaşıb. Bu görüşlər turnir cədvəllərində yalnız iki yerdəyişməyə səbəb olub. Maraqlıdır ki, bütün qarşılaşmalarda meydan sahibləri qələbəyə həsrət qalıb. Qonaqlar 6 oyunda qalib gəliblər, 2 matçda isə heç-heçə qeydə alınıb.

A qrupunda ikinci yerin taleyini öz aralarındakı görüşdə həll edən “Yuventus”la “Bavariya”nın oyununda ikincilər sevinib. İtaliyadan darmadağınla qayıdan münhenlilər 1/8 finala vəsiqə qazanıblar. “Yuventus” isə digər qitə nəhəngi “Liverpul” kimi, Avropa Liqasında mübarizə aparmalı olacaq.

B qrupunda isə ikinci vəsiqənin sahibi qiyabi mübarizədə müəyyənləşib. Maykl Ouenin het-triki sayəsində qələbə qazanan “Mançester Yunayted” MOİK-i də 1/8 finala çıxarıb. C qrupunda isə sensasiyaya imkan verməyən “Real” və “Milan” asanlıqla növbəti mərhələyə yüksəlib. Hər iki “xoşbəxtin” hələ ötən tur müəyyənləşdiyi D qrupuna gəlincə, APOEL növbəti qəhrəmanlığını edib. Kipr təmsilçisi Londonda “Çelsi” ilə heç-heçəyə nail olub. Lakin APOEL öz meydanında buraxdığı qola görə “Atletiko”dan geri qalıb və Avropa Liqasına düşmək şansını itirib.

A qrupu

“Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya) - 1:4

Trezeqe, 19 - Butt, 30-pen; Oliç, 52; Qomes, 83; Timoşuk, 90+2

“Makkabi” (Hayfa, İsrail) – “Bordo” (Fransa) - 0:1
Jyussye, 13

1

Bordo

6

5

1

0

9-2

16

2

Bavariya

6

3

1

2

9-5

10

3

Yuventus

6

2

2

2

4-7

8

4

Makkabi

6

0

0

6

0-8

0



B qrupu

“Beşiktaş” (Türkiyə) - MOİK (Rusiya) - 1:2

Bobo, 86 – Krasiç, 41; Aldonin, 90+5

“Volfsburq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) - 1:3
Dzeko, 56 - Ouen, 44, 83, 90+1

1

Mançester Yunayted

6

4

1

1

10-6

13

2

MOİK

6

3

1

2

10-10

10

3

Volfsburq

6

2

1

3

9-8

7

4

Beşiktaş

6

1

1

4

3-86

4



C qrupu

“Sürix” (İsveçrə) – “Milan” (İtaliya) - 1:1

Qaiç, 29 -Ronaldinyo, 64-pen

“Marsel” (Fransa) – “Real” (İspaniya) - 1:3
Luço Qonsales, 11 – Kriştiano Ronaldo, 5, 83; Albiol, 60

1

Real

6

4

1

1

15-7

13

2

Milan

6

2

3

1

8-7

9

3

Marsel

6

2

1

3

10-10

7

4

Sürix

6

1

1

4

5-14

4



D qrupu

“Çelsi” (İngiltərə) - APOEL (Kipr) - 2:2

Essyen, 19; Droqba, 26 - Jevlyakov, 6; Mirosavleviç, 87

“Atletiko” (İspaniya) – “Porto” (Portuqaliya) - 0:3
Bruno Alveş, 2; Falkao, 15; Xalk, 76

1

Çelsi

6

4

2

0

11-4

14

2

Porto

6

4

0

2

8-3

12

3

Atletiko

6

0

3

3

3-12

3

4

APOEL

6

0

3

3

4-7

3

0