“Ağ-qaralar”ın tarixində növbəti ləkəli oyun
09.12.2009 - 10:48
Çempionlar Liqasının qrup mərhələsinin VI turu İtaliyanın “Yuventus” klubunun avrokuboklardakı iki seriyasının qırılması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, səfərdə 4:1 hesabı ilə qalib gələn Almaniyanın “Bavariya” komandası italiyalıların Turindəki ənənələrinə son qoyub.
“Yuventus” qitə miqyaslı yarışda doğma meydanda axırıncı dəfə 2004-cü il martın 9-da uduzub. Həmin vaxt “Deportivo” evə sevinclə dönmüşdü (1:0). O zamandan indiyədək ötən müddətdə evdə 18 avrokubok matçı keçirən turinlilər məğlubiyyətin nə olduğunu bilmirdilər.
Özü də “Bavariya”nın Turin Olimpiya stadionunda böyük hesablı qələbəsi hər komandaya nəsib olmur. “Ağ-qaralar” doğma azarkeşləri önündə sonuncu dəfə 2003-cü il fevralın 25-də belə aciz olmuşdu. 82 ay əvvəlki görüşdə “Yuventus”un dərsini “Mançester Yunayted” vermişdi – 3:0.
Qeyd edək ki, “Bavariya”ya məğlubiyyət “Yuventus”un Çempionlar Liqasında mübarizəni dayandırmasına səbəb olub. Komanda çıxışını Avropa Liqasında davam etdirəcək. Bu isə turinlilərin 9 illik seriyasının qırılması ilə nəticələnəcək. Belə ki, 1999/2000 mövsümündən bu yana “Yuventus” qitə miqyasında yalnız bir turnirdə - Çempionlar Liqasında oynayıb. 2000-ci il martın 5-də UEFA kubokunda keçirdikləri son oyunda isə İspaniyada “Selta” italiyalılara “divan tutmuşdu” (4:0).

0
0